Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması üçün proqram təminatı hazırlanacaq

Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması üçün proqram təminatı hazırlanacaq Bakı. 9 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması üçün proqram təminatının hazırlanmasına dair açıq tender elan edib.
Maliyyə
9 yanvar 2018 05:24
Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması üçün proqram təminatı hazırlanacaq

Bakı. 9 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması üçün proqram təminatının hazırlanmasına dair açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 12-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 21-nə qədər MBNP-nin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Palatanın Təminat və satınalmalar sektorunun əməkdaşları – Tural Quluzadə (tel.: (012) 493 50 58, daxili 285; e-poçt: tural.guluzade@fimsa.az) və Ələmqulu Quliyevdir (tel.: (012) 493 50 58, daxili 346; e-poçt: alamgulu.guluyev@fimsa.az).

Təkliflərə fevralın 22-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı maliyyə və texniki amillər (iddiaçının təcrübəsi, proqram platformasının spesifikasiyası) nəzərə alınacaq. İşin görülmə müddəti tender üzrə satınalmaq müqaviləsi imzalandığı gündən sonrakı 7 aydır. 

Orphus sistemi