Azərbaycanda daha iki bank kreditləşməni ucuzlaşdırıb

Azərbaycanda daha iki bank kreditləşməni ucuzlaşdırıb Bunlardan biri kredit faizlərini, digəri isə komissiya haqqını azaldıb
Maliyyə
13 İyul , 2015 16:18
Azərbaycanda daha iki bank kreditləşməni ucuzlaşdırıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Access Bank" QSC iyulun 14-dən etibarən götürüləcək mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini orta hesabla 5 faiz bəndi azaldacaq.

"Report"un banka istinadən verdiyi xəbərə görə, endirim mikro və kiçik sahibkarların kredit resurslarına çıxışının asanlaşdırılması, əhalinin kredit borc yükünün azaldılması və kredit siyasətində ölkənin hazırkı iqtisadi inkişaf prioritetlərinin və hədəflərinin, eləcə də Mərkəzi Bankın tövsiyələrinin nəzərə alınması məqsədi daşıyır.

Bundan başqa, "Expressbank" ASC faizləri endirdiyi barədə məlumat yayıb. Bank nağd pul kreditləri üzrə komissiya haqqını endirib. Artıq müştərilər "Expressbank" filiallarında kredit götürərkən rəsmiləşdirməyə görə cəmi 1% komissiya haqqı ödəyəcəklər.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Kreditin məbləği 5 min manatadək ola bilər.

Son xəbərlər

Orphus sistemi