Bakı. 6 noyabr. REPOR.AZ/ Azərbaycanda fəaliyyət göstərən "Başak-İnam Sığorta" ASC-nin sığorta fəaliyyətinə xitam verilib. Bu barədə "Report" Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Xidmətdən bildirilib ki, şirkətə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin müvafiq əmri ilə dayandırılıb. Bu, "Başak-İnam Sığorta"nın məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə bağlıdır.
Xatırladaq ki, sığorta şirkətləri üçün tələb olunan məcmu kapitalın minimal limiti 5 mln. manatdır.