Azərbaycanda daha bir sığorta şirkəti "Yaşıl Kart"a qoşulub

Azərbaycanda daha bir sığorta şirkəti "Yaşıl Kart"a qoşulub Bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib
Maliyyə
25 Avqust , 2016 14:14
Azərbaycanda daha bir sığorta şirkəti Yaşıl Karta qoşulub

Bakı. 25 avqust. REPORT.AZ/ "Günay Sığorta" ASC "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan məlumat verilib.

Bununla da Azərbaycanda "Yaşıl Kart" sisteminə qoşulmuş sığorta şirkətlərinin ümumi sayı 14-ə çatıb. Hazırda "Günay Sığorta" ilə yanaşı, "AXA-Mbask" ASC, "Xalq Sığorta" ASC, "Azsığorta" ASC, "Meqa Sığorta" ASC, "Atasığorta" ASC, "PAŞA Sığorta" ASC, "Standard Insurance" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Silkway Insurance" ASC, "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti, "Atəşgah Sığorta" ASC, "Alfa Sığorta" ASC və "Qala Sığorta" ASC sözügedən sistem çərçivəsində fəaliyyət göstərmək hüququna malikdir.

Son xəbərlər

Orphus sistemi