Daha bir sığortaçı İSB-nin reyestrinə daxil edilib, "Yaşıl Kart"a qoşulub

Daha bir sığortaçı İSB-nin reyestrinə daxil edilib, "Yaşıl Kart"a qoşulub “İcbari Sığortalar Haqqında” qanunun tələblərinə müvafiq olaraq “A-Qrup Sığorta” ASC "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyə
Maliyyə
4 Avqust , 2021 12:28
Daha bir sığortaçı İSB-nin reyestrinə daxil edilib, Yaşıl Karta qoşulub

“İcbari Sığortalar Haqqında” qanunun tələblərinə müvafiq olaraq “A-Qrup Sığorta” ASC "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərini həyata keçirmək üçün İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib.

"Report" bu barədə Büroya istinadən xəbər verir.

Məlumatda deyilir ki, iştirakçı sığortaçılarla İSB arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və Büronun nizamnaməsinə uyğun olaraq aparılır.

Sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün "Sığorta Fəaliyyəti Haqqında" və "İcbari Sığortalar Haqqında" qanunların tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməlidir.

İSB həmçinin "A-Qrup Sığorta"ya "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ verib. Bununla da, "Yaşıl Kart"a qoşulmuş sığorta şirkətlərinin sayı 14-ə çatıb. Digər 13 sığortaçı Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), eləcə də "Atasığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azsığorta", "Bakı Sığorta", "Günay Sığorta", "İpək Yolu Sığorta", "Meqa Sığorta", "Naxçıvan Sığorta", "PAŞA Sığorta", "Qala Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.

Son xəbərlər

Orphus sistemi