Azərbaycanda daha bir investisiya şirkətinə lisenziya verilib

Azərbaycanda daha bir investisiya şirkətinə lisenziya verilib Bakı. 26 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “BTB Kapital İnvestisiya Şirkəti” QSC-yə lisenziya verib.
Maliyyə
26 Oktyabr , 2018 11:56

Bakı. 26 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “BTB Kapital İnvestisiya Şirkəti” QSC-yə lisenziya verib.

“Report” xəbər verir ki, bu barədə şirkətin direktoru Ruslan Cəfərov məlumat verib.

Onun sözlərinə görə, “BTB Kapital” lisenziyanı həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərmək üçün alıb.

Xatırladaq ki, bu investisiya şirkəti bu il fevralın 15-də 350 min manat nizamnamə kapitalı ilə yaradılıb. Onun təsisçisi 100% “Bank BTB” ASC-dir. 

Son xəbərlər

Orphus sistemi