Azərbaycanda builki iqtisadi artımla bağlı proqnoza yenidən baxılması təklif olunur

Azərbaycanda builki iqtisadi artımla bağlı proqnoza yenidən baxılması təklif olunur Azərbaycanda builki iqtisadi artımla bağlı proqnozlara yenidən baxılmalıdır.
Maliyyə
23 May , 2024 12:30
Azərbaycanda builki iqtisadi artımla bağlı proqnoza yenidən baxılması təklif olunur

Azərbaycanda builki iqtisadi artımla bağlı proqnozlara yenidən baxılmalıdır.

“Report” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Azərbaycan kimi dinamik inkişaf edən ölkənin iqtisadi artım proqnozu 1,5 %-dir və azdır. Hesab edirəm ki, proqnoz 5 % olmalıdır. Bu ilin 4 ayının göstəriciləri də dediyim proqnoza çata biləcəyimizi göstərir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi