Azərbaycanda bu il 2 tondan çox qızıl hasil edilib

Azərbaycanda bu il 2 tondan çox qızıl hasil edilib Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanda 2018-ci ilin yanvar-may ayları ərzində 2 081,7 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.
Maliyyə
14 İyun , 2018 12:48
Azərbaycanda bu il 2 tondan çox qızıl hasil edilib
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanda 2018-ci ilin yanvar-may ayları ərzində 2 081,7 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, 1 iyun 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 112,9 kq təşkil edib.

Bu ilin yanvar-may ayları ərzində gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 498,6 kq-a çatıb.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.

Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi