Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb

Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanında dəyişiklik edib.
Maliyyə
126
21 Sentyabr , 2021 14:50
Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb

Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

“Report” xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.

İndiyə qədər həmin müddət 2019-2023-cü illəri əhatə edirdi.

Son xəbərlər

Orphus sistemi