Azərbaycanda bitkoin alıb-satmaq mümkündürmü?

Azərbaycanda bitkoin alıb-satmaq mümkündürmü? İnternetdə tez-tez muxtəlif rəqəmsal aktivlərə investisiyalar barədə reklamlarla qarşılaşırıq.
Maliyyə
5 Avqust , 2021 17:53
Azərbaycanda bitkoin alıb-satmaq mümkündürmü?

İnternetdə tez-tez muxtəlif rəqəmsal aktivlərə investisiyalar barədə reklamlarla qarşılaşırıq.

Bunların arasında kriptovalyutalara, o cümlədən aparıcı rəqəmsal pul olan bitkoinə yatırım təklifləri üstünlük təşkil edir. Bəs Azərbaycanda kriptovalyutalara pul qoymaq mümkündürmü? Bu məsələdə hansısa risklər varmı? "Report" bu məsələlərə aydınlıq gətirməyə çalışıb.

Qiymətli kağızlar bazarında fəaliyyət göstərən investisiya şirkətlərindən birinin mütəxəsisi Elnur Rəsulov deyirki, ölkəmizdə kriptovalyutaların özü ilə yox, onun törəmə alətləri ilə ticarət etmək mümkümdür. “Biz bu xidməti göstəririk. Platformamızda 24 kriptovalyutanın törəmə alətləri var. Kriptovalyuta özü risklidir, onun törəmə alətləri isə daha böyük riskə malikdir. Həmin alətlərlə daha çox spekulyantlar ticarət edir. Kiçik məbləğlə böyük əməliyyatlar aparıb böyük gəlir götürə bilirsiniz. Təbii ki, bu zaman itirə bilmə ehtimalı da var. İtirənlərin qazananlara nisbəti hardasa yarı-yarıyadır. Bu da bazarın həddindən artıq volatil olması ilə əlaqədardır. Riskləri idarə edə bilmirsinizsə, itirisiniz. Belə ki, səhm və valyuta bazarında analiz apararaq bazarın hansı istiqamətdə inkişaf edəcəyinə dair müəyyən proqnozlar vermək olur. Kriptovalyuta bazarında bunu etmək mümkün deyil. Çünki klassik pullardan fərqli olaraq kritovalyutaların xüsusi dəyəri yoxdur.

Bəzən kriptavalyutanın klassik pulları sıradan çıxarılacağı deyilir. Lakin nəzərə almaq lazımdır ki, pul təkcə mübadilə vasitəsi deyil, həm də dəyər ifadə edir. Məsələn, dolların arxasında ABŞ iqtisadiyyatı durur və onu muxtəlif alətlərlə, o cümlədən faizlərlə Federal Ehtiyat Sistemi (FED) tənzimləyir. Kriptovalyutada hər hansı tənzimləmə yoxdur. Onun dəyərini yalnız tələb və təklif, yəni bazar müəyyən edir. Bitkoinin qiymətinin bir anda 60 min dollara sıçramasının arxasında heç bir məntiq dayanmır. Bu, tamamilə spekulyativ xarakter daşıyır və tələb faktoruna bağlıdır. İnvestisiya edənlərə baxılsa onların bir çoxu nəyə investisiya etdiyini heç bilmir də. Mediadan və ya dostan, tanışdan kiminsə nə zamansa bitkoin aldığını, indi onun qiymətinin 60 min dollara çatığını eşidib həvəslənirlər. İnsanlarda ani zənginləşmə istəyi yaranır. Kriptovalyutaya investisiyalar az məbləğdə yatırımla qısa zamanda böyük gəlir əldə etmək istəyindən irəli gəlir. Əsl investor isə ilk növbədə altkoinin “White Paper”ini, protokolunu oxumalıdır".

Ekspert hesab edir ki, bu sektora dövlət tənzimlənməsi gələndən sonra vəziyyət xeyli dəyişəcək: “Dövlət tənzimlənməsi gələndən sonra və onun bu sahədə monopoliyası qurulandan sonra bir çox altkoinlərin yoxa çıxacağı gözlənilir. Son vaxtlar bu istiqamətdə fəaliyyətlər xeyli aktivləşib. Çində mayninqin qadağan edilməsi, ABŞ-da kriptovalyutadan əldə olunan gəlirə verginin tətbiq olunması, ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının bu bazarı nəzarətə götürmək niyyətini səsləndirməsi bu silsilədəndir. Bü gün üçün isə kriptovalyutaları bir cümlə ilə xarakterizə etsək onlar yüksək riskli, spekulyativ, qısa zamanda böyük gəlir əldə etmək üçün alətdir”.

Digər investisiya şirkətinin direktoru Şahin Rəcəbov isə heab edir ki, kimsə əgər aktivlərinin 10 %-ə qədərini kriptovalyutaya investisiya edirsə, bu məğbuldur.

“Bizim profil daha çox klassik investisiyalardır. Bu zaman biz məcburuq portfeli diversifikasiya etməklə riskləri azaldaq onun üçün də kifayət qədər vəsait lazımdır. Xarici bazarda ən azı 4 milyon lazımdır ki, portfeli qorusun. Kriptovalyuta aydın məsələdir ki, riskli investisiyadır. Əgər hər hansı bir şəxs alətləri yaxşı bilirsə və aktivlərinin 10 %-ə qədərini kriptovalyutaya yatırırsa bu cür investiya məğbul sayıla bilər. Məsələn 1 milyon dolları olan onun 50-100 minini kriptovalyutaya yatırıb 5-10 il gözləyib qiymət düşən kimi satmasa bu cür riskə getməyə dəyər. Yox, əgər əlində olan 100 min dolları bütünlüklə kriptovalyutalara yatırırsa bu çox risklidir. Çünki qazanmaq imkanı ilə yanaşı bütün vəsaiti itirə bilmək riski də mövcuddur. Şirkətimizə bu tip alətlərə investisiyalarla bağlı müraciətlər olur. Lakin biz belə müştərilərə xidmət göstərmirik”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi