Azərbaycanda bir mənbədən satınalmanı əsaslandırmamış dövlət qurumlarının adları açıqlanıb

Azərbaycanda bir mənbədən satınalmanı əsaslandırmamış dövlət qurumlarının adları açıqlanıb Sənəddə deyilir ki, bir mənbədən satınalma metodunun tətbiqi ilə keçirilən satınalmaların illik hesabatda olmaması məlumat bazasının tam formalaşmamasına və satınalmaların sayının azalmasına səbəb olur
Maliyyə
5 Aprel , 2021 11:49
Azərbaycanda bir mənbədən satınalmanı əsaslandırmamış dövlət qurumlarının adları açıqlanıb

2020-ci ildə Azərbaycanda Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" və "Azərsu" ASC-lər, “Bakı Metropoliteni” QSC və s. təşkilatların bir mənbədən satınalma üsuluna dair razılıq sənədləri və bu əsasdan bağlanmış müqavilələr reyestr siyahısında göstərilməyib.

“Report” xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Sənəddə deyilir ki, bir mənbədən satınalma metodunun tətbiqi ilə keçirilən satınalmaların illik hesabatda olmaması məlumat bazasının tam formalaşmamasına və satınalmaların sayının azalmasına səbəb olur.

Hesablama Palatası aparılan nəzarət tədbirləri, xüsusən maliyyə və uyğunluq auditləri zamanı “Dövlət satınalmaları haqqında” qanunun 17 və 20-ci maddələrinin tələblərinin pozulması hallarının əhəmiyyətli sayda mövcud olmasını müəyyən edib.

"Satınalma keçirilmədən büdcə vəsaitlərinin xərclənməsi qanun pozuntusu olmaqla yanaşı, istifadə edilmiş büdcə vəsaitlərinin dövlət satınalması ilə əhatə olunmaması və hesabatda əks olunmaması ilə nəticələnir", - deyə hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi