Azərbaycanda bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb

Azərbaycanda bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə bu il fevralın 23-dən sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb.
Maliyyə
29 Mart , 2023 11:17
Azərbaycanda bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə bu il fevralın 23-dən sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum eyni zamanda 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlayıb. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərinin tənzimlənməsinə imkan verir.

“İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq AMB antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair qəbul edilmiş qərara uyğun olaraq fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıb. Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 milyon manat (57%) artıb", - deyə AMB bəyan edib.

Son xəbərlər

Orphus sistemi