Azərbaycanda bankomatların yarıdan çoxu paytaxtda cəmləşib

Azərbaycanda bankomatların yarıdan çoxu paytaxtda cəmləşib Ölkədə bankomatların sayı son bir ildə 7% artıb
Maliyyə
22 İyun , 2015 10:32
Azərbaycanda bankomatların yarıdan çoxu paytaxtda cəmləşib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda mövcud bankomatların (ATM) sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% və ya 163 ədəd artaraq 2015-ci il mayın 1-nə 2 642 ədədə çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 56,2%-i və ya 1 484 ədədi paytaxt Bakıda cəmləşib. Bankomatların 43,8%-i və ya 1 158 ədədi isə regionların payına düşüb. Hesabata əsasən, bankomatların sayında paytaxt üzrə 6,4% və ya 89 ədəd, regionlarda isə 6,8% və ya 74 ədəd illik artım müşahidə olunub.

Cari il mayın 1-nə ölkə əhalisinin hər 3,6 min nəfərinə bir bankomat düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 3,8 min nəfər təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, bir bankomata düşən əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% artaraq 2015-ci il mayın 1-nə 324,7 min manata çatıb. 

Son xəbərlər

Orphus sistemi