"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6%, əvvəlki ayla müqayisədə isə 0,5% çoxdur.
Bankomatların 1 447-si Bakı şəhəri, 1 109-u isə regionların payına düşüb. Bakı üzrə bankomatların illik artımı 7,1%, regionlar üzrə isə 6% olub.
Bildirək ki, hesabata əsasən, 2013-cü il noyabrın 1-nə bankomatların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz artıb. Buna əsasən demək olar ki, cari ildə bankomatların artım dinamikası əvvəlki illə müqayisədə bir qədər zəifləyib.
Qeyd edək ki, ölkənin ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı bu yaxınlarda daha 300 bankomatı istifadəyə verəcəyini açıqlayıb.