Azərbaycanda banklar tərəfindən dolların xalis satışı artıb

Azərbaycanda banklar tərəfindən dolların xalis satışı artıb AMB əhalinin nağd dollar alış-satışını açıqlayıb
Maliyyə
9 May , 2017 14:21
Azərbaycanda banklar tərəfindən dolların xalis satışı artıb

Bakı. 9 may.REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2017-cı ilin mart ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 17 796 min. ABŞ dollarının xalis satışı həyata keçirilib. Fevral ayı ilə müqayisədə xalis dollar satışı 7,8 dəfə artıb. 

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Mart ayında kommersiya bankları tərəfindən 91 887 min dolların nağd alışı, 109 683 min dolların isə nağd satışı həyata keçirilib. Fevralda isə alış 122 732 min dollar, satış 125 004 min dollar olub. Beləliklə, kommersiya banklarının nağd dollar satışında aylıq 12%, alışda isə 25% azalma qeydə alınıb.

Bu hesabatdan da göründüyü kimi, bankların xalis dollar satışındakı artım ümumi nağd dollar əməliyyatlarının həcminin azalması nəticəsində yaranıb. 

Ümumiyyətlə, 2017-ci ilin yanvar-mart ayları ərzində bank tərəfindən əhaliyə xalis dollar satışı 87 580 min dollar təşkil edib. Belə ki, nağd dollar alışı ilk rübdə 277 462 min dollar, satış 365 043 min dollar olub. 

Son xəbərlər

Orphus sistemi