Bakı. 4 may. REPORT.AZ/ Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 511 olub.
“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, illik müqayisədə 50 ədəd və ya 8,9% azdır. Aylıq müqayisədə isə bank filiallarının sayında dəyişiklik qeydə alınmayıb.
Aprelin 1-nə bank şöbələrinin sayı da dəyişməyərək 143 olub. İllik müqayisədə bu rəqəm 6 vahid və ya 4,4% çoxdur.