Azərbaycanda bankların daxili imkanları hesabına ipoteka kreditləşməsinin payı 40 %-ə yaxınlaşıb

Azərbaycanda bankların daxili imkanları hesabına ipoteka kreditləşməsinin payı 40 %-ə yaxınlaşıb 2021-ci ilin ortalarından başlayaraq Azərbaycan bankları öz vəsaitləri hesabına ipoteka kreditləşməsini genişləndirməyə başlayıblar.
Maliyyə
22 İyul , 2022 11:46
Azərbaycanda bankların daxili imkanları hesabına ipoteka kreditləşməsinin payı 40 %-ə yaxınlaşıb

2021-ci ilin ortalarından başlayaraq Azərbaycan bankları öz vəsaitləri hesabına ipoteka kreditləşməsini genişləndirməyə başlayıblar.

Bu barədə "Report"a hökumətdəki mənbə bildirib.

"Əgər o vaxta qədər İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin xüsüsi çəkisi təxminən 80 % idisə, hazırda 61,5 %-ə düşüb. Belə ki, 2,6 milyard manatlıq ipoteka portfelinin 1 milyard manatlıq hissəsi və yaxud 38,5 %-i bankların daxili imkanlarının hesabınadır", - deyə o, qeyd edib.

Bankların öz vəsaitləri hesabına biznes kreditləşməsindəki payı isə 88 %-dir.

"Son vaxtlar dövlət xətti ilə verilən biznes kreditlərinin məbləğində əhəmiyyətli artım müşahidə edilmir. Bu da onunla bağlıdır ki, ayrılan vəsait amortizasiya olan vəsaitlə eynidir", - deyə mənbə əlavə edib.

Son xəbərlər

Orphus sistemi