Azərbaycanda banklardan birinin istiqrazlarına 52 investor maraq göstərib
Maliyyə
- 07 sentyabr, 2023
- 12:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Unibank” ASC-nin 20 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 200 000 ədəd istiqraz premium bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 52 investor 20 milyon manatlıq 52 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Prosesin anderrayteri "Unicapital lnvestisiya Şirkəti" ASC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
21:33
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
Digər ölkələr
21:14
Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib
Digər ölkələr
21:06
Uşakov: Ukrayna üzrə üçtərəfli görüşün tarixləri həftənin sonunadək açıqlana bilər
Digər ölkələr
20:59
Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub
Fərdi
20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - Yenilənib
İnfrastruktur
20:55
Azərbaycan Basketbol Liqası: V turda "Ordu" "Naxçıvanı" məğlub edib
Komanda
20:49
"Gem No. 2" tankerindən neft sızması dayandırılıb
Energetika
20:28
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
Futbol
20:13
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib
Digər ölkələr