Azərbaycanda banklar maliyyə sisteminin aktivlərinin 64%-nə nəzarət edir

Azərbaycanda banklar maliyyə sisteminin aktivlərinin 64%-nə nəzarət edir Bakı. 5 mart. REPORT.AZ/ 2017-ci ilin sonuna Azərbaycanda maliyyə sisteminin aktivləri 43,7 mlrd. manat təşkil edib ki, bu da ümumi daxili məhsulun (ÜDM) 62%-nə (qeyri-neft ÜDM-in 99%-nə) bərabərdir.
Maliyyə
5 Mart , 2018 16:24
Azərbaycanda banklar maliyyə sisteminin aktivlərinin 64%-nə nəzarət edir

Bakı. 5 mart. REPORT.AZ/ 2017-ci ilin sonuna Azərbaycanda maliyyə sisteminin aktivləri 43,7 mlrd. manat təşkil edib ki, bu da ümumi daxili məhsulun (ÜDM) 62%-nə (qeyri-neft ÜDM-in 99%-nə) bərabərdir.

“Report”un verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənədə əsasən, banklar aktivlərin 64%-nə sahib olmaqla sektorda dominant rola malikdir. Bank olmayan kredit təşkilatlarının aktivlərdə payı isə 33,4%-ə yüksəlib ki, bu da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərinin “Aqrarkredit”ə ötürülməsi hesabına olub. Sığorta sektorunun və investisiya şirkətlərinin maliyyə sistemi aktivlərində çəkisi isə müvafiq olaraq 2,3% və 0,4% təşkil edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasında müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi