Azərbaycanda bank sektorunun aktivlərinin azalma tempi zəifləyib - ƏLAVƏ OLUNUB

Maliyyə
  • 02 iyul, 2018
  • 08:06
Azərbaycanda bank sektorunun aktivlərinin azalma tempi zəifləyib - ƏLAVƏ OLUNUB
Report

İlk xəbər saat 11:56-da verilib

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycan bank sektorunun aktivləri bu il iyunun 1-nə 27 559,2 mln. manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,3% azdır.

Xatırladaq ki, bu ilin aprel ayında sektorun aktivləri 0,9% azalmışdı. Başqa sözlə, mayda azalma tempi zəifləyib. 

***

Bankların cəmi aktivlərinin 36%-ni və yaxud 9 909,7 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Mayda bankların kredit portfeli 1,5% böyüyüb.

Ay ərzində sektorun cəmi öhdəlikləri 0,6% azalaraq 23 630,2 mln. manat, o cümlədən depozit portfeli 0,6% artaraq 16 862,1 mln. manat olub. Bunun 7 791,9 mln. manatı fiziki şəxslərin, 9 070,2 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Mayda əhalinin əmanətləri 0,3%, şirkətlərin vəsaitləri isə 0,8% azalıb.

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 0,5% artaraq 459,7 mln. manata çatıb.

Ay ərzində bank sektorunun cəmi kapitalı isə 1,5% artaraq 3 929,0 mln. manat təşkil edib. 

44 filmi