Azərbaycanda bank işçilərinin sayı dekabrda 458 nəfər azalıb

Azərbaycanda bank işçilərinin sayı dekabrda 458 nəfər azalıb Bakı. 2 fevral. REPORT.AZ/ Bu il yanvarın 1-nə vəziyyətə görə, Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16171 nəfər olub.
Maliyyə
2 Fevral , 2018 22:13
Azərbaycanda bank işçilərinin sayı dekabrda 458 nəfər azalıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bu il yanvarın 1-nə vəziyyətə görə, Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16171 nəfər olub.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə təxminən 2,75% və yaxud 458 nəfər azdır.

Ötən ilin əvvəlinə nisbətən sektorun işçi heyətinin sayı 4,6% və yaxud 776 nəfər azalıb.

"Lisenziyası geri çağırılmış "Dəmirbank" ASC nəzərə alınmadan ötən ay bankların işçilərinin sayı 63 nəfər artıb", - deyə Palatadan bildirilib.

Son xəbərlər

Orphus sistemi