Azərbaycanda bağlanmış bankların hərraca çıxarılacaq avadanlığına 5-17 min manat qiymət qoyulub

Azərbaycanda bağlanmış bankların hərraca çıxarılacaq avadanlığına 5-17 min manat qiymət qoyulub Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) gələn həftə hərraca çıxaracağı, ləğv prosesində olan iki banka məxsus avadanlığa 5-17 min manat qiymət qoyulub.
Maliyyə
11 Yanvar , 2018 12:42
Azərbaycanda bağlanmış bankların hərraca çıxarılacaq avadanlığına 5-17 min manat qiymət qoyulub

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) gələn həftə hərraca çıxaracağı, ləğv prosesində olan iki banka məxsus avadanlığa 5-17 min manat qiymət qoyulub.

“Report” xəbər verir ki, bunlardan 2-si “Bank Standard” QSC-nin balansında olan bankomatlardır ki, onların hər biri 6 750 manata təklif olunur.

Bundan başqa, “Bank Standard”a məxsus 1 ədəd embosser (plastik kart hazırlayan qurğu) 17 030 manat, “Atra Bank” ASC-yə məxsus 2 ədəd embosser isə 5 030-6 030 manat ilkin start qiyməti ilə potensial alıcılara təklif olunacaq.

Xatırladaq ki, hərrac açıq formada yanvarın 16-da, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi,156 (20A), 1933-cü məhəllə ünvanında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi