Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 727,065 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 727,065 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
13 Aprel , 2017 16:06
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 727,065 mln. manat kompensasiya ödənilib

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 727,065 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,201 mln. manat, “Zaminbank” ASC - 54,566 mln. manat, “Kredobank” ASC - 27,771 mln. manat, “Dekabank” ASC - 3,087 mln. manat, “Atrabank” ASC - 14,28 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,433 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 436,613 mln. manat kompensasiya alıblar.

Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir. 

Son xəbərlər

Orphus sistemi