Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 629 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 629 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
28 Oktyabr , 2016 11:57
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 629 mln. manat kompensasiya ödənilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 629,193 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 34,591 mln. manat, “Zaminbank” ASC - 51,034 mln. manat, “Kredobank” ASC - 26,136 mln. manat, “Dekabank” ASC - 2,887 mln. manat, “Atrabank” ASC - 14,14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,978 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 353,545 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi