Azərbaycanda avtomobillərin icbari sığortası bazarı 6% böyüyüb

Azərbaycanda avtomobillərin icbari sığortası bazarı 6% böyüyüb Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6,925 milyon manat sığorta haqqı toplanılıb.
Maliyyə
147
29 Fevral , 2020 17:24
Azərbaycanda avtomobillərin icbari sığortası bazarı 6% böyüyüb
google.az

Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6,925 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

Son 1 ildə avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 11,55% artaraq 6,059 milyon manata çatıb.

Ötən il bu sığortadan toplanmış hər 100 manatı 87,5%-i müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 83,4 manat olub. 

Son xəbərlər

Orphus sistemi