Azərbaycanda audit müqavilələrin sayı və məbləği artıb

Azərbaycanda audit müqavilələrin sayı və məbləği artıb 2016-cı ildə 56,9 mln. manatlıq 3 540 müqavilə bağlanıb
Maliyyə
6 İyun , 2017 12:32
Azərbaycanda audit müqavilələrin sayı və məbləği artıb

Bakı. 6 iyun. REPORT.AZ/ 2016-cı ildə Azərbaycanda audit təşkilatları ilə təsərrüfat subyektləri arasında 56,862 mln. manat məbləğində 3 540 müqavilə bağlanıb.

"Report" bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

2015-ci il ilə müqayisədə 2016-cı ildə bağlanmış müqavilələrin sayı 446 ədəd və yaxud 14,4%, məbləği isə 7,756 mln. manat və yaxud 15,8% artıb. O cümlədən xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə müqavilə sayı 156 ədəd və yaxud 24% azalıb, müqavilə məbləği isə 4,181 mln. manat və yaxud 12,9% artıb.

Bağlanmış müqavilələrin xüsusi çəkisi xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə sayına görə 14%, məbləğinə görə 64,4%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 14,9%, məbləğinə görə 25,5%, yerli auditor təşkilatları üzrə sayına görə 43,2%,ə məbləğinə görə 6,9%, sərbəst auditorlar üzrə sayına görə 27,9%, məbləğinə görə 3,2% təşkil edib.

2016-cı il ərzində 38 sərbəst auditorun, 67 auditor təşkilatının (o cümlədən 4 xarici auditor təşkilatının filialı və nümayəndəliyi və 18 xarici investisiyalı auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub. 37 sərbəst auditor və 67 auditor təşkilatı Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabat təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi