Azərbaycanda aqrar sığortanın tətbiqi üçün lazım olan vəsaitin məbləği açıqlanıb

Azərbaycanda aqrar sığortanın tətbiqi üçün lazım olan vəsaitin məbləği açıqlanıb “Azərbaycanda aqrar sığortanın tətbiqi üçün ilkin mərhələdə, təxminən, 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq”.
Maliyyə
26 Aprel , 2019 16:11
Azərbaycanda aqrar sığortanın tətbiqi üçün lazım olan vəsaitin məbləği açıqlanıb

“Azərbaycanda aqrar sığortanın tətbiqi üçün ilkin mərhələdə, təxminən, 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Milli Məclisdə, "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

“Bu sahədə subsidiyalaşdırma üçün 1-ci il 8,5 milyon manat, 2-ci il 10 milyon manat, növbəti illərdə 12,5-13 milyon manat vəsait lazım olacaq. Aqrar sığorta mexanizminin tam gücü ilə işləyəcəyi 10-cu ildən sonra isə həmin məbləğ azalacaq. Çünki bu növ sığorta özünü maliyyə cəhətdən təmin edəcək”, - deyə M.Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi