Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 5 % artıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 5 % artıb Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 % artaraq 645 189 olub.
Maliyyə
17 Sentyabr , 2021 18:14
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 5 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 % artaraq 645 189 olub.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 % artıb və 32 585-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 % artaraq 177 274-ə çatıb.

Son xəbərlər

Orphus sistemi