Azərbaycanda aksizlər üzrə proqnoz artırılır

Azərbaycanda aksizlər üzrə proqnoz artırılır Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 1 milyard 553 milyon manatının və yaxud 4,3 %-nin aksizlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Maliyyə
25 May , 2024 11:45
Azərbaycanda aksizlər üzrə proqnoz artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 1 milyard 553 milyon manatının və yaxud 4,3 %-nin aksizlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,4 % və ya 22 milyon manat çoxdur.

Yenilənmiş məbləğin 11,9 %-ni və yaxud 185 milyon manatı Dövlət Gömrük Komitəsi, 88,1 %-ni və yaxud 1 milyard 368 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bunlar isə müvafiq olaraq 6,9 % və 0,7 % artırılıb.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi