Azərbaycanda açıq məkanda reklam yerləşdirənlər ötən il dövlət büdcəsinə 2 mln. manata yaxın rüsum ödəyib

Azərbaycanda açıq məkanda reklam yerləşdirənlər ötən il dövlət büdcəsinə 2 mln. manata yaxın rüsum ödəyib Bakı. 8 mart. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsinə görə dövlət büdcəsinə 1 794 556 manat rüsum ödənilib.
Maliyyə
8 Mart , 2019 11:22
Azərbaycanda açıq məkanda reklam yerləşdirənlər ötən il dövlət büdcəsinə 2 mln. manata yaxın rüsum ödəyib
0 : 00
0 : 00

Bakı. 8 mart. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsinə görə dövlət büdcəsinə 1 794 556 manat rüsum ödənilib. 

”Report” bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyətinə dair hesabata istinadən xəbər verir. 

Sənəddə deyilir ki, ötən il açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı sahibkarlarla 18 206 müqavilə bağlanılıb. Həmin müqavilələr üzrə 35 895 reklam daşıyıcısına icazə və texniki şərtlər pasportu verilib. Təhlükəsizliyin təmin olunmasına və estetik tələblərə cavab verməyən reklam daşıyıcıların əksər hissəsinin yeniləri ilə əvəz edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Eyni zamanda ölkə üzrə icazə sənədləri olmayan və yararsız 5 022 ədəd reklam sökülüb.

Son xəbərlər

Orphus sistemi