Azərbaycanda açıq bankçılığın tətbiqinə hazırlıq gedir

Azərbaycanda açıq bankçılığın tətbiqinə hazırlıq gedir “Hazırda açıq bankçılıq aktual məsələlərdən biridir. Əksər mərkəzi banklar açıq bankçılıq üzrə yanaşmanı dəstəkləyir. Azərbaycan Mərkəzi Bankı (AMB) da bu istiqamətdə beynəlxalq təcrübəni öyrənir və müvafiq yol xəritəsi işləyib-hazırlayıb”.
Maliyyə
8 Dekabr , 2021 15:05
Azərbaycanda açıq bankçılığın tətbiqinə hazırlıq gedir

“Hazırda açıq bankçılıq aktual məsələlərdən biridir. Əksər mərkəzi banklar açıq bankçılıq üzrə yanaşmanı dəstəkləyir. Azərbaycan Mərkəzi Bankı (AMB) da bu istiqamətdə beynəlxalq təcrübəni öyrənir və müvafiq yol xəritəsi işləyib-hazırlayıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda AMB-nin baş direktoru Fərid Osmanov deyib.

“Bizim hazırladığımız “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi məhz açıq bankçılıq prinsiplərini dəstəkləyir. Bununla bağlı texniki təhlükəsizlik standartlarının hazırlanması növbəti ilə planlaşdırılıb”, - deyə o, qeyd edib.

AMB-nin İnformasiya texnologiyaları departamentinin layihə rəhbəri Sahib Həsənov isə deyib ki, açıq bankçılıq yol xəritəsi bu ilin oktyabr ayında dərc edilib: "Sənəd 2021-2025-ci illəri əhatə edir. Yol xəritəsi hazırlanmazdan əvvəl Azərbaycan bankları və fintex şirkətləri arasında sorğu keçirilib. Həmin təşkilatların açıq bankçılığa nə qədər hazır olması öyrənilib. Buna əsasən Azərbaycanda açıq bankçılığa mərkəzləşdirilmiş qaydada yanaşılıb. Yol xəritəsinim tətbiqi bir neçə mərhələdən ibarətdir. İşçi qrupun formalaşdırılması, innovativ baznın formalaşdırılması, bankların və digər təşkilatların texniki infrastrukturlarının uyğunlaşdırılması, fəaliyyətə nəzarət və inkişaf etdirilməsi".

Bundan başqa, onun sözlərinə görə, açıq bankçılığın tətbiqi ilə bağlı gələn il bank qanunvericiliyinə dəyişikliklər edilməsi gözlənilir.

"Həmçinin yol xəritəsinin tətbiqi çərçivəsində xüsusi tənzimləmə rejiminin ("sand box"), nomativ-hüquqi bazanın, ayrıca portalının yaradılması və işə salınması nəzərdə tutulub. Bu platformada fiziki şəxslər açıq məlumatlardan, hüquqi şəxslər isə həm açıq, həm də digər məlumatlardan istifadə edə biləcəklər", - deyə F.Osmanov qeyd edib.

Son xəbərlər

Orphus sistemi