Azərbaycanda 9 milyon təmassız bank kartı var

Azərbaycanda 9 milyon təmassız bank kartı var Bu il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycandakı 12,6 milyon bank kartının təxminən 9 milyonu təmassız olub.
Maliyyə
29 Sentyabr , 2022 10:32
Azərbaycanda 9 milyon təmassız bank kartı var
Fərid Osmanov

Bu il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycandakı 12,6 milyon bank kartının təxminən 9 milyonu təmassız olub.

“Report” xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bildirib.

"Son 1 ildə bank kartlarının sayı 23 %, təmassız bank kartlarının sayı isə 55 % artıb. Hesabat dövründə təmassız ödənişlərin məbləğində 2,7 dəfə, sayında isə 2,1 dəfə artım olub. Son nəticədə kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi 12,5 faiz bəndi artaraq 41 %-ə çatıb", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi