Azərbaycanda 4 ayda sahibkarlara 19 milyon manat güzəştli kredit verilib

Azərbaycanda 4 ayda sahibkarlara 19 milyon manat güzəştli kredit verilib İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsini davam etdirir
Maliyyə
19 May , 2021 16:08
Azərbaycanda 4 ayda sahibkarlara 19 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsini davam etdirir.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu ilin ilk 4 ayında Fond müvəkkil kredit təşkilatları vasitəsilə 217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 milyon manat güzəştli kredit verib. Bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb.

Verilən kreditlərin 43%-i aqrar sektorun, 57%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73%-i regionlarda, 27%-i isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.

Son xəbərlər

Orphus sistemi