Azərbaycanda 4 auditor təşkilatının fəaliyyəti dayandırılıb

Azərbaycanda 4 auditor təşkilatının fəaliyyəti dayandırılıb Auditorlar Palatası üzvlük haqqını tam ödəməyən 4 auditor təşkilatının fəaliyyətini dayandırıb.
Maliyyə
9 Fevral , 2023 12:47
Azərbaycanda 4 auditor təşkilatının fəaliyyəti dayandırılıb

Auditorlar Palatası üzvlük haqqını tam ödəməyən 4 auditor təşkilatının fəaliyyətini dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.

Bildirilir ki, qərar Auditorlar Palatası Şurasının 2022-ci il 29 dekabr tarixli 352/5 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2022-ci il ərzində Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyyəti barədə” qərarının 3-cü bəndinə uyğun olaraq qəbul edilib.

Qərarla "AZBA Audit and Business Services LTD" MMC (direktor Fərmanov Məmmədrza), “Consulting Service of Baku” (direktor Mustafayev Cəfər), "M.R.Consulting və Audit" (direktor Rəhimov İlqar) və "RM Audit" (direktor Miriyev Rasət) MMC-lərin fəaliyyətinə fevralın 1-dən xitam verilib.

"Auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi ilə əlaqədar audit sifarişçilərinin mənafelərinin qorunması məqsədilə onların növbəti il üzrə 2022-ci ilin nəticələrinə dair 2023-cü il ərzində göstəriləcək auditor xidmətlərinə görə müqavilə baglanılarkən risk qrupunda olmaları nəzərinizə çatdırılır", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi