Azərbaycanda 34 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycanda 34 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb Azərbaycan Mərkəzi Bankı (AMB) 32 fiziki şəxs olan sığorta agentinə və 2 fiziki şəxs olan sığorta brokerinə verdiyi lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.
Maliyyə
14 Mart , 2024 15:43
Azərbaycanda 34 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 32 fiziki şəxs sığorta agentinə və 2 fiziki şəxs sığorta brokerinə verdiyi lisenziyaların qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar martın 11-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb.

Son xəbərlər

Orphus sistemi