Azərbaycanda 21 nəfər sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alacaq

Azərbaycanda 21 nəfər sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alacaq Bakı. 29 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası noyabrın 16-22-də sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün keçirdiyi attestasiyanın nəticələrini açıqlayıb.
Maliyyə
29 Noyabr , 2017 10:51
Azərbaycanda 21 nəfər sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alacaq
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası noyabrın 16-22-də sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün keçirdiyi attestasiyanın nəticələrini açıqlayıb.

“Peport”Palataya istinadən xəbər verir ki, attestasiyada iştirak edən 47 namizəddən 21-i lazımi qədər keçid balı toplayaraq müvəffəqiyyət qazanıb.

Xatırladaq ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Son xəbərlər

Orphus sistemi