Azərbaycan və Səudiyyə Ərəbistanının maliyyə nazirlərinin görüşü olub

Azərbaycan və Səudiyyə Ərəbistanının maliyyə nazirlərinin görüşü olub Bu gün Azərbaycanın maliyyə naziri, Səudiyyə Ərəbistanı ilə Müştərək Komissiyanın həmsədri Samir Şərifov ərəb ölkəsinin maliyyə naziri Məhəmməd Əl Cədəan ilə görüşüb.
Maliyyə
16 Dekabr , 2021 14:53
Azərbaycan və Səudiyyə Ərəbistanının maliyyə nazirlərinin görüşü olub

Bu gün Azərbaycanın maliyyə naziri, Səudiyyə Ərəbistanı ilə Müştərək Komissiyanın həmsədri Samir Şərifov ərəb ölkəsinin maliyyə naziri Məhəmməd Əl Cədəan ilə görüşüb.

"Report" bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolu qeyd olunub.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulması ilə bağlı görülən işlər barədə məlumat verib, Müştərək Komissiyanın dünən keçirilən 6-cı iclasının iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

M.Əl Cədəan hazırki əlaqələri yüksək qiymətləndirib, ölkəsinin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu bildirib. O Səudiyyə Ərəbistanında həyata keçirilən layihələr və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib, maliyyə siyasəti və davamlı inkişafın təmin olunması üçün hökumətin atdığı addımlardan danışıb.

Tərəflər həmçinin, maliyyə siyasətinin həyata keçirilməsində təcrübə mübadiləsi aparılması, dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanının birgə fəaliyyəti və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də digər sahələrdə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi