Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Komissiyasının iclasının vaxtı açıqlanıb

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Komissiyasının iclasının vaxtı açıqlanıb Dekabrın 9-da maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın sədri Samir Şərifov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP)
Maliyyə
9 Dekabr , 2021 14:33
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Komissiyasının iclasının vaxtı açıqlanıb

Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 15-16 dekabr tarixlərində Ər-Riyad şəhərində keçiriləcək 6-cı iclasının əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək.

"Report" xəbər verir ki, bu barədə dekabrın 9-da maliyyə naziri, Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın sədri Samir Şərifov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Bədr Əl Bədrinin rəhbərlik etdiyi və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin də qatıldığı nümayəndə heyəti ilə görüşdə deyilib.

Məlumata görə, tərəflər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Görüş zamanı Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının fəaliyyəti barədə təqdimat olub. Qeyd olunub ki, NCPP-nin missiyası böyük və perspektivli Səudiyyə Ərəbistanı Krallığının şirkətlərinə bizneslərini beynəlxalq miqyasda genişləndirmək və xaricdə aktiv fəaliyyətlərinə kömək etməkdir. Proqram Səudiyyə şirkətləri və xarici tərəfdaşlarına geniş imkanlar açır, habelə beynəlxalq biznes planlarını asanlaşdırmaq, onların uğurunu və təsirini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün Səudiyyə hökumətinin çoxsaylı resurslarından yararlanmaq imkanı yaradır.

Görüşdə NCPP-nin Azərbaycanda fəaliyyət imkanları və Müştərək Komissiyanın növbəti iclası ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi