Azərbaycan və Səudiyyə Ərəbistanı bərpa olunan enerji resurslarını müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı bərpa olunan enerji resurslarını müzakirə edib İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkəti ilə görüşüb.
Maliyyə
164
4 Noyabr , 2021 19:31
Azərbaycan və Səudiyyə Ərəbistanı bərpa olunan enerji resurslarını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

"Səudiyyə Ərəbistanının su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkəti ilə görüşümüzdə Azərbaycanın zəngin bərpa olunan enerji resurslarına malik olduğunu vurğuladıq, külək elektrik stansiyalarının tikintisi, suyun duzsuzlaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi