Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair potensial əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirdik. Görüşdə uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələri və təşəbbüsləri müzakirə etdik", - deyə o qeyd edib.

***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir kik, görüşdə tərəfdaşlıqdan məmnunluq ifadə olunub, Dünya Bankı Qrupu ilə işbirliyi çərçivəsində infrastruktur, məşğulluq və digər sahələrdə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadi inkişafı dəstəklədiyi vurğulanıb. Qurumun Azərbaycanın inkişaf səylərinə sadiq olduğu diqqətə çatdırılıb. 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyi, Azərbaycanın daha yaşıl və inlküziv iqtisadiyyata keçidini dəstəkləyəcəyi qeyd olunub.
Tərəflər "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və digər potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.