Azərbaycan və ADB arasında məsləhətləşmələr aparılıb

Azərbaycan və ADB arasında məsləhətləşmələr aparılıb Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri üzrə məsləhətləşmələr aparılıb.
Maliyyə
14 Mart , 2023 17:34
Azərbaycan və ADB arasında məsləhətləşmələr aparılıb

Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri üzrə məsləhətləşmələr aparılıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, naziri Samir Şərifov ölkəmizdə səfərdə olan ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin dövlət idarəçiliyi, maliyyə sektoru və ticarət bölməsinin direktoru Tarik Niyazi ilə görüşüb. Görüşdə ADB-nin ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun hazırlanmasının vacibliyi qeyd olunub.

ADB-nin ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına verdiyi dəstək və göstərdiyi texniki yardımlar vurğulanıb, dövlət sektorunun idarə edilməsində, maliyyə sektorunun inkişafında hökumətin strateji hədəfləri, islahat gündəliyi müzakirə olunub, ölkədə iqtisadi inkişafın davamlılığına əsaslanan gələcək kreditləşdirmə proqramı nəzərdən keçirilib.

1966-cı ildə təsis edilmiş ADB-nin əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılmasına və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. Baş ofisi Filippinin paytaxtı Manilada yerləşən Banka 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür.

Son xəbərlər

Orphus sistemi