Azərbaycan tütün məmulatlarının idxalını artırıb

Azərbaycan tütün məmulatlarının idxalını artırıb Bu məhsulların ixracı isə son bir ildə 12 dəfə artıb
Maliyyə
108
2 Mart , 2015 12:08
Azərbaycan tütün məmulatlarının idxalını artırıb

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycana 33 308,14 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 31,81% çoxdur. Nəticədə, 2015-ci ilin yanvar ayı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 5,80%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 1 337,60 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,62 dəfə çoxdur. Tütün və tütün əvəzedicilərinin 2014-cü ildə ixracı ölkənin ümumi ixracatının 0,11%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi