Azərbaycan tütün ixracını 30%-dən çox artırıb

Azərbaycan tütün ixracını 30%-dən çox artırıb Bu ilin yanvar-iyun aylarında Azərbaycana 51,32 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Maliyyə
16 İyul , 2019 10:34
Azərbaycan tütün ixracını 30%-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 51,32 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,816 milyon dollar və yaxud 14,7% azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,7%-ni təşkil edib.

I yarımildə Azərbaycandan 7,233 milyon dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1,705 milyon dollar və yaxud 30,85% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi