Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 13 % artırıb

Biznes
  • 07 aprel, 2023
  • 09:28
Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 13 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 45,894 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.

Təkcə martda isə Türkiyə Azərbaycana 18,72 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,7 % çoxdur.

I rübdə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarının ixracının ümumi dəyəri illik müqayisədə 7,9 % artaraq 2,944 milyard ABŞ dollarına, mart ayında isə 17,3 % artaraq 1,127 milyard ABŞ dollarına düşüb.

44 filmi