Azərbaycan Türkiyədən sement idxalına çəkdiyi xərci cüzi artırıb

Biznes
  • 15 iyun, 2023
  • 11:35
Azərbaycan Türkiyədən sement idxalına çəkdiyi xərci cüzi artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 21,842 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 3,863 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 26,8 % azdır.

5 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 14,1 % azalaraq 1,979 milyard ABŞ dollarına düşüb, may ayında isə 1,4 % artaraq 0,45 milyard ABŞ dollarına çatıb.