Azərbaycan təbii sərvətlərlə zəngin ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməsini təklif edir

Azərbaycan təbii sərvətlərlə zəngin ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməsini təklif edir Azərbaycan hesab edir ki, təbii sərvətlərlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməlidir.
Maliyyə
6 Noyabr , 2024 12:16
Azərbaycan təbii sərvətlərlə zəngin ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməsini təklif edir
Hüseyn Hüseynov

Azərbaycan hesab edir ki, təbii sərvətlərlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməlidir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, bu təşəbbüs iqlim maliyyəsindəki boşluqların aradan qaldırılmasına əhəmiyyətli töhfə verə bilər: "Bu məqsədlə COP29-la bağlı təkliflərdən biri də İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır".

H. Hüseynov əlavə edib ki, Fondun fəaliyyətə başlaması üçün 1 milyard ABŞ dolları kapital toplanması və ən azı 10 donor ölkənin fonda dəstək verməsi planlaşdırılır: "COP29 çərçivəsində bu məsələnin əsas müzakirə mövzularından biri olacağı gözlənilir".

Son xəbərlər

Orphus sistemi