Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə bərabərdir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bəyan edib: "Azərbaycan bu göstərici üzrə dünyanın 20 ölkəsindən biridir. Ölkənin strateji valyuta ehtiyatları 2014-cü ilin 9 ayında 3,5 mlrd. dollar artaraq təxminən 54 mlrd. dollara çatıb".
Onun sözlərinə görə, ehtiyatlar 3 il ərzində ölkəni idxalla təmin edə biləcək.
Eyni zamanda Mərkəzi Bankın da valyuta ehtiyatları 6%-dən çox artaraq hazırda 15 mlrd. dollara yaxındır.