Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 9 % artırıb
- 17 iyul, 2024
- 10:29
Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 738,2 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 83,2 %-i və yaxud 58 milyard 000,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,8 %-i və yaxud 11 milyard 737,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 711 milyon ABŞ dolları və yaxud 1 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 627,8 milyon ABŞ dolları və yaxud 1,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 83,2 milyon ABŞ dolları və yaxud 0,7 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 5 milyard 627,2 milyon ABŞ dolları və yaxud 8,8 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 85,5 milyon ABŞ dolları və yaxud 5,6 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 541,7 milyon ABŞ dolları və yaxud 27,6 % artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın strateji valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.07.2024 | 58 000,6 | 11 737,6 | 69 738,2 |
| 01.04.2024 | 57 372,8 | 11 654,4 | 69 027,2 |
| 01.01.2024 | 56 069,7 | 11 613.0 | 67 682,7 |
| 01.10.2023 | 55 524,0 | 9 775,3 | 65 299,3 |
| 01.07.2023 | 54 915,1 | 9 195,9 | 64 111,0 |