Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 2%-ə yaxın artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 2%-ə yaxın artırıb Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 50 560,2 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
265
28 İyul , 2021 12:53
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 2%-ə yaxın artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 50 560,2 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87,2%-i və yaxud 44 104,9 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8%-i və yaxud 6 455,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 442,7 milyon dollar və yaxud 2,9% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 343,6 milyon dollar və yaxud 3,15%, AMB-nin valyuta ehtiyatlarında isə 99,1 milyon dollar və yaxud 1,6% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 900,6 milyon dollar və yaxud 1,8% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 881,6 milyon dollar və yaxud 2%, AMB-nin valyuta ehtiyatları isə 19 milyon dollar və yaxud 0,3% artım nümayiş etdirib.

ARDNF-in valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.07.2021

44 104,9

6 455,3

50 560,2

01.04.2021

42 761,3

6 356,2

49 117,5

01.01.2021

43 564,3

6 369,4

49 933,7

01.10.2020

43 288,6

6 491,4

49 780,0

01.07.2020

43 223,3

6 436,3

49 659,6

Son xəbərlər

Orphus sistemi