Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 2%-ə yaxın artırıb
- 28 iyul, 2021
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 50 560,2 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 87,2%-i və yaxud 44 104,9 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8%-i və yaxud 6 455,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 442,7 milyon dollar və yaxud 2,9% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 343,6 milyon dollar və yaxud 3,15%, AMB-nin valyuta ehtiyatlarında isə 99,1 milyon dollar və yaxud 1,6% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 900,6 milyon dollar və yaxud 1,8% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 881,6 milyon dollar və yaxud 2%, AMB-nin valyuta ehtiyatları isə 19 milyon dollar və yaxud 0,3% artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.07.2021 | 44 104,9 | 6 455,3 | 50 560,2 |
| 01.04.2021 | 42 761,3 | 6 356,2 | 49 117,5 |
| 01.01.2021 | 43 564,3 | 6 369,4 | 49 933,7 |
| 01.10.2020 | 43 288,6 | 6 491,4 | 49 780,0 |
| 01.07.2020 | 43 223,3 | 6 436,3 | 49 659,6 |